Xəbərlər

1677 SMS Xidməti

29/10/2013

Mobil cihazların IMEI kodları barəsində məlumatların əldə edilməsi prosesində yeni xidmət yaradılıb. Qeyd edək ki, bu vaxta qədər mobil cihazların IMEI kodları barəsində informasiyanı yalnız internet vasitəsilə əldə etmək mümkün idi.

Abunəçi təkcə istifadə etdiyi mobil cihazın IMEI kodunu deyil, digər mobil cihazların IMEI kodunu da SMS-lə 1677 qısa nömrəsinə göndərə və məlumat ala bilər. Məsələn, sakinlərimiz yeni mobil telefon alarkən onun  qəbul olunmuş beynəlxalq standartlar çərçivəsində istehsal edilib-edilmədiyini öyrənmək və ya həmin cihazın IMEI kodunun qeydiyyatdan keçdiyini, ölkəyə qaçaqmalçılıqla gətirilmədiyini, oğurluq olmadığını bilmək istəyir. Bu zaman Azərbaycanın istənilən məkanından 1677 qısa nömrəsinə həmin mobil cihazın IMEI kodunu sms-lə göndərməklə onu maraqlandıran suallara cavab tapa bilər.

Bu xidmətdən bütün mobil operatorların abonentləri istifadə edə bilər. Xidmət pulludur və onun qiyməti 30 qəpikdir.  1677-yə göndərilən sms-ə dərhal cavab mesajı gəlir və mesajda lazım olan məlumatlar əks olunur.