Xəbərlər

Mobil cihazların qeydiyyatının aparılmasını “Elektron hökumət” portalı üzərindən həyata keçirmək mümkündür

24/04/2014

130210225255-01-blizzard-0210-horizontal-gallery
Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınmasını artıq elektron müraciət etmə üsulu ilə aparmaq mümkündür. Bunun üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron hökumət” portal – www.e-gov.az - vasitəsilə təqdim etdiyi “Mobil cihazların IMEI kodunun yoxlanılması” və “Mobil cihazların qeydiyyatdan keçirilməsi” adlı elektron xidmətini seçmək lazımdır. Daha sonra elektron müraciət etmə üsulu müvafiq avtorizasiya prosesini keçməklə mobil cihaza dair məlumtların daxil edilməsi yolu ilə yerinə yetirilir.