Xəbərlər

Vətəndaşların nəzərinə!

03/11/2014

reg

Mobil cihaz satış məntəqələrində olan bütün mobil telefonların və digər cihazların İMEİ nömrələrinin bazaya qeydiyyatı həmin cihazları satan hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilməlidir.

Alıcılara mobil cihaz alan zaman İMEİ nömrəsinin bazada qeydiyyatda olmasını www.imei.az saytına daxil olmaqla, İMEİ nömrəsini 1677-yə SMS göndərməklə və ya“1677” çağrı mərkəzinə zəng etməklə yoxlamaları tövsiyyə olunur.

Mobil cihazların qeydiyyatını www.imei.az, www.e-gov.az saytlarında birbaşa və ya poçt şöbələrində aparmaq mümkündür.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi